Bu gün Gəncədə dəhşətli intihar hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Məmmədov saat 15.00 radələrində intihar edib.
Hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə baxış keçirən zaman məlum olub ki, K. Məmmədov özünü əl qumbarası partladıb.
Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Gencede dehşetli intihar
Gencede dehşetli intihar baş verib. 22 yaşlı sakin özünü əl qumbarası partladıb.




Şərhlər