Gencede borc üstündə dava düşdü
06 İyun 2013 Cümə Axşamı 18:36
Biri əlindəki toxa ilə digərinin sifətinə zərbələr endirib.
Gəncə şəhərində borc üstündə dava düşüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini Fərhad Qurbanov ağır bədən xəsarətləri ilə Gəncə Təcili Yardım Xəstəxanasına daxil olub.

Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 1955-ci il təvəllüdlü Gəncə şəhər sakini Zahid Məmmədov şəhərin Totanlı küçəsində 1972-ci il təvəllüdlü Fərhad Qurbanovla rastlaşıb. Onlar aralarında olan pul borcuna görə mübahisə ediblər. F. Qurbanov əlindəki toxa ilə Zahid Məmmədovun sifətinə zərbələr endirib, daha sonra onun avtomobilinin şüşələrini sındırmağa başlayıb. Z. Məmmədəov da F.Qurbanova zərbələr endirib. Nəticədə hər iki şəxs xəstəxanaya yerləşdirilib. F. Qurbanovun səhhətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar