Gənc boksçu rinqdə öldü
28 Yanvar 2013 Bazar Ertəsi 11:31
Döyüşdə aldığı zədədən boksçunun beyninə qan sızıb.
İndoneziya çempionatında 17 yaşlı boksçu dünyasını dəyişib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, boks üzrə gənclər arasında keçirilən İndoneziya çempionluğu uğrunda 12 raund nəzərdə tutulmuş döyüşdə faciə yaşanıb.

17 yaşlı Tubaqus Sakti boksçu İkal Tobidoy ilə keçirdiyi görüşün 8-ci raundunda huşunu itirərək yerə yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb. Hadisədən bir gün sonra gənc boksçu beyinə qan sızması səbəbindən dünyasını dəyişib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar