Gədəbəydə 20 yaşlı gənc intihar etdi
16 Sentyabr 2009 Çərşənbə 09:50
Qoşabulaq kənd sakini Novruz Sadıqov özünü yaşadığı evin həyətində asıb
Gədəbəy rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, sentyabrın 15-də saat 21.30-da rayonun Qoşabulaq kənd sakini 20 yaşlı Novruz Sadıqov yaşadığı evin həyətində özünü iplə asaraq öldürüb.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, baş vermiş intihar hadisəsi ölkədə bilik günündə qeydə alınan 2-ci intihar hadisəsidir. Həmin gün Binəqədi rayonu 1-ci Baksol yaşayış massivində 14 yaşlı məktəbli Süleyman Kərimov özünü evin sanitar qovşağında asıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar