Gece klubunda dəhşet
19 Avqust 2013 Bazar Ertəsi 10:58
Gece klubunda 23 yaşlı genc oğlan öldürülüb.
Avqustun 18-də Bakı şəhərinin Səbail rayonunda qətl hadisəsi törədilib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Üzeyir Hacıbəyov küçəsi 45 ünvanında yerləşən gecə klubunda Binəqədi qəsəbəsi, 3-cü mədən yaşayış massivində yaşayan 1990-cı il təvəllüdlü Səfərov Səbuhi Eldar oğlu bıçaqlanıb. 23 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Gecə klubunda baş vermiş qətl hadisəsi il bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar