Hadisə

Gece adaşlar arasında qanlı qetl

Adaşlar arasındakı mübahise sonradan daha da böyüyerek ölüme sebeb olub.

· Xəbərçi
Gece adaşlar arasında qanlı qetl
Bu gecə saat 04:00 radələrində Lənkəranda iki şəxs arasında mübahisə ağır cinayətlə nəticələnib. Lənkəra rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, mübahisə 1994-cü il təvəllüdlü Elvin İlham oğlu Vəliyev ilə 1991-ci il təvəllüdlü Elvin Əmrah oğlu Məmmədov arasında baş verib.

Adaşlar arasındakı mübahisə sonradan daha da böyüyüb və əlbəyaxa davaya çevrilib.Elvin Vəliyevin adaşına gücü çatmadığına görə bıçağa əl atıb. O, Elvin Məmmədova bir neçə bıçaq zərbəsi vurub. Nəticədə Elvin Məmmədov dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər