Gecə 57 yaşlı kişidən dəhşətli əməl
30 Oktyabr 2013 Çərşənbə 10:04
Kişi başına ov tüfəngindən atəş açıb
Ötən gecə Qəbələdə 57 yaşlı kişi özünü dəhşətli şəkildə öldürüb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən əmlumata görə, hadisə Nic kəndində baş verib.
Belə ki, 1956-cı il təvəllüdlü Vaqif Allahverən oğlu Qəribov özünü ov tüfəngi ilə vurub. 57 yaşlı kişi başına atəş açıb və hadisə yerində ölüb.
Dəhşətli hadisə ilə bağlı dərhal istintaq başlanıb. Meyit müayinə üçün tibbi ekspertizadan keçirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: