Füzulidə əsgərin ehtiyatsızlığı ölümə səbəb olub
06 Avqust 2009 Cümə Axşamı 12:45
Əsgər Anar Abdullayev silahla ehtiyatsız davranaraq dogər əsgər - Səyyad Həsənovu qətlə yetirib

Avqustun 5-də Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissədə 2008-ci ilin iyulunda Gədəbəy rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1980-ci il təvəllüdlü əsgər Anar Abdullayev silahla ehtiyatsız davranaraq, 2008-ci ilin iyulunda Goranboy rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü Səyyad Həsənovu qətlə yetirib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Turana bildirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /Turan/



DOSTLARINLA PAYLAŞ:

oyunlar