Hadisə

Fransada yaşayan azərbaycanlı ailədə faciə

Ailənin Rüfət və Gülnar Həsənovaların 21 aylıq övladı Daniel çayda batıb.

· Xəbərçi
Fransada yaşayan azərbaycanlı ailədə faciə
Fransada yaşayan azərbaycanlı ailədə dəhşətli faciə olub. Milli.az-ın məlumatına görə, bir neçə gün əvvəl Monpelye şəhərində yaşayan Azərbaycan vətəndaşları Rüfət və Gülnar Həsənovaların 21 aylıq övladı Daniel çayda batıb. Onun valideynləri Azərbaycan vətəndaşı olsalar da, uşaq özü Fransa vətəndaşıdır.

Valideynlər övladlarının meytini Azərbaycana gətirərək dəfn etmək istəsələr də, hələ də buna nail ola bilməyiblər.

Şərhlər