Xaçmaz rayonunda ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz-Quba yolunun 3-cü kilometrliyində 26 yaşlı Tural Məhərrəmovun idarə etdiyi “QAZ 24” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı reklam lövhəsinə çırpılıb.
Nəticədə sürücü ölümcül yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qəzanın baş verməsinə yüksək sürətlə hərəkət edərkən, sürücünün qəfil fikrinin yayınması və avtomobilin idarədən çıxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Fikri yayındı, xəstəxanalıq oldu
“QAZ 24” yolun kənarındakı reklam lövhəsinə çırpılıb.




Şərhlər