Təmir-bərpa işləri aparan fəhlə torpağın altında qalaraq ölüb. EL TV-nin məlumatına görə, Bakı-Qazax magistralının Ucar rayonun Qulabənd kəndi ərazisində yolun kənarında təmir-bərpa işləri aparan fəhlələrdən biri torpağın altında qalaraq dünyasını dəyişib.
Hadisə bu gün saat 12:00 radələrində baş verib. Hazırda hadisə yerində olan Ucar rayon Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu tərəfindən ölən fəhlənin meyiti çıxarılır.
Həmçinin orada işləyən daha iki nəfər - Sumqayıt sakini, 1969-cu il təvəllüdlü Rasim Talıb oğlu Abbasov və Göygöl rayon sakini, 1961-ci il təvəllüdlü Məhəbbət Şəfəq oğlu Vəliyev xəsarət alıblar. Hazırda onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
Fehleler torpağın altında qaldı
Hazırda hadisə yerində olan Ucar rayon Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu tərəfindən ölən fəhlənin meyiti çıxarılır.




Şərhlər