Faciə nəticəsində arvadı ölən kişi dünyasını dəyişdi
11 Fevral 2014 Çərşənbə Axşamı 10:40
Ağır yanıq xəsarətləri alan kişi xəstəxanada dünyasını dəyişib.
Fevralı ayının birində Qusar rayonunda partlayış zamanı ağır yanıq xəsarətləri alan Şəkixan Hacıyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, evdə qaz sızması nəticəsində partlayan və daha sonra yanan evin sakini 1950-ci il təvəllüdlü Şəkixan Hacıyevin xəstəxanada vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq, kişinin həyatını xils etmək mümkün olmayıb.
Qeyd edək ki, fevral ayının 1-də səhər saatlarında Qusarda Şəkixan Hacıyeva məxsus evdə qaz sızmasından partlayış baş verib. Partlayışdan sonra isə güclü yanğın olub. Hadisə zamanı Şəkixan Hacıyev və onun həyat yoldaşı Maral Hacıyeva ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Maral Hacıyeva fevralın 5-də dəyişmişdi.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: