Gəncə şəhərində hərbçinin meyiti tapılıb. Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədovanın ANS PRES-ə verdiyi məlumta görə, Daxili Qoşunların əsgəri 1989-cu il təvəllüdlü Vüqar Süleyman oğlu Cəfərov Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə tapılıb.
Hadisənin intihar, yaxud qətl olması araşdırılır.Faktla bağlı cinayət işi başlanıb.
Gəncə şəhər Hərbi Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, müddətdən artıq xidmət çəkən həbrçidir. Müstəntiq hadisə yerindədir. Hərbçinin intihar etdiyi ehtimal olunur,
Esgerin meyiti tapıldı
Daxili Qoşunların 24 yaşlı herbçisinin meyiti yolun kenarındakı ağacda asılmış veziyyetde tapılıb.




Şərhlər