Esger herbçi yoldaşını qetle yetirib
25 Aprel 2013 Cümə Axşamı 10:16
Esger herbçi yoldaşını qetle yetirib. Hadisənin motivi məlum deyil.
Azərbaycan Ordusunun əsgəri qətlə yetirilib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri 18 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 19 yaşlı Kamran Firdovsi Məmmədovu bıçaqlayıb. K. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisənin motivi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. K. Məmmədovun Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırıldığı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar