Hadisə

Ermənilər Tovuzu intensiv atəşə tutublar

Atəşmadan qorxan Əlibəyli və Hacıallı kənd sakinləri heç bir evdə işıq belə yandıra bilməyiblər.

· Xəbərçi
Ermənilər Tovuzu intensiv atəşə tutublar
Ermənilər dünən Tovuzun Əlibəyli və Hacıallı kəndini ermənilər intensiv olaraq atəşə tutublar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kəndlər axşam saat 21.00-dan gecə saat 01.00-a qədər atəşə tutulub. Atışma intensiv olduğundan əraziyə ümumiyyətlə daxil olmaq mümkün olmayıb.
Yerli sakinlər ANS PRESS-ə bildiriblər ki, atışma o dərəcədə dəhşətli olub ki, heç bir evdə hətta işıq belə yandırmaq mümkün olmayıb. İnsanlar bütün gecəni qorxu içində keçiriblər.
Cavab atəşi ilə düşmən susdurulub.

Şərhlər