Hadisə

Ermənilər bir gündə atəşkəsi 4 dəfə pozublar

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub

· Xəbərçi
Ermənilər bir gündə atəşkəsi 4 dəfə pozublar

 

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 17-də saat 17.50-dən 18.15-dək və 18.20-dən 18.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.00-dan 22.05-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən 22.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.35-dən 23.05-dək və 23.45-dən 23.55-dək Tərtər rayonunun Talış və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur. /ANSPRESS/

 

Şərhlər