Hadisə

Ermənilər Azərbaycan əsgərini yaralayıblar

Güllə yarası alan əsgər 19 yaşlı Fariz Abdullayev hospitala yerləşdirilib.

· Xəbərçi
Ermənilər Azərbaycan əsgərini yaralayıblar
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə ötən gün cəbhənin Gədəbəy rayonu istiqamətində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Fariz Abdullayev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, dünən cəbhənin sözügedən istiqamətində atışma nəticəsində ermənilər itki verərək geri çəkiliblər, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov isə düşmən gülləsinə tuş gələrək şəhid olub.

Şərhlər