Azərbaycan Ordusu bu gün günorta saatlarında Ermənistan ordusunun təxbribatının qarşısını alıb. Milli Ordu Tovuz rayonu ərazisində başlanan təxribatı uğurla dəf edib. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyi atışma zamanı bir əsgərin həlak olduğunu, üç əsgərin isə müxtəlif səviyyədə yaralandığını bildirir.
Hadisə zamanı Qarik Artakoviç Poqosyanın (Vanadzor hərbi komissarlığından -1994-cü il təvəllüdlü) öldüyü, əsgər Artur Seroboviç Andranikyan (Vayk komissarlığı, 1994-cü il təvəllüdlü), Araik Norikoviç Camqaryan (Masis, 1994) və Martin Vaqramoviç Petrosyanın (Masis, 1994) güllə yaraları aldıqları bildirilib.
Bir neçə saat əvvəl Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Erməni hücumu uğurla dəf edildi
Düşmənin bir əsgəri məhv edildi, 3 ağır yaralandı.




Şərhlər