Er arvadının başını kesdi
15 Avqust 2013 Cümə Axşamı 16:12
Ağcabedideki hadise qısqanclıq üzünden baş verib.
Bu gecə Ağcabədidə ailədə dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Kəbirli kənd sakini 1978-ci il təvəllüdül Saməddin Hacıyev həyat yoldaşı 21 yaşlı Ramizə Hacıyevanın başını kəsib.

Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Gecə həyat yoldaşını yaşadığı evin arxasına aparan Saməddin Hacıyev burada onun başını kəsib.

Verilən məlumata görə, hadisə zamanı o içkili olub. Hadisədən sonra isə bu barədə anasına məlumat verib. Sonradah isə qaçaraq gizlənib. Lakin polisin keçirdiyi əməliyyta zamanı Saməddin Hacıyev yaxalanıb.

Qeyd edək ki, ailənin 2 azyaşlı övladı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar