Eli şadlıq evi yandı
29 May 2013 Çərşənbə 17:22
Yanğın Elii şadlıq evinin erazisinde qeyde alınıb.
Lənkəran rayonunda şadlıq evində yanğın olub. Cənub TV-nin verdiyi məlumata görə, hadisə ötən gecə saat 22:00 radələrində 54 yaşlı Həsən Hüseyn oğlu Hadıyevə məxsus şəhərin Şəhidlər xiyabanında yerləşən və hazırda fəaliyyət göstərməyən “Əli” şadlıq evinin ərazisində qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmasa da, şadlıq evinin 28 kvadratmetrlik anbarı içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
DOSTLARINLA PAYLAŞ: