Dünən biz hamımız ölə bilərdik
10 Sentyabr 2009 Cümə Axşamı 17:35
Belə ki, iri asteroid az qala Yer kürəsilə toqquşacaqmış
Dünən Yer kürəsinin yanından iri asteroid keçib. Bu ikinci Tunqusk meteoridi ola bilərdi. Belə ki, maksimal yaxınlaşma zamanı asteroidlə planetin səthi arasındakı məsafə 66 min km. təşkil edib.

Müxtəlif qiymətləndirmələrə görə, 2009 DD45 adı alan asteroidin ölçüsü 20 metrdən 50 metrədək təşkil edib. Müqayisə üçün qeyd edək ki, Tunqusk meteoridinin ölçüsü təqribən 30 metr idi.

Asteroidin Yer kürəsinin maksimum yaxınlığında olduğu məqamda hərəkət sürəti saniyədə 20 km-ə bərabər olub. Onun hərəkət enerjisi təqribən 1 Mt trotil ekvivalenti olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar