Dövlet serhedini pozan 53 nefer saxlanılıb
13 Dekabr 2013 Cümə 12:34
Azerbaycan hüquq-mühafize orqanları terefinden axtarışda olan 200 nefer tutulublıb.
Dövlet Serhed Xidmeti (DSX) terefinden noyabr ayı erzinde dövlet serhedinin mühafizesi istiqametinde tedbirler heyata keçirilib, qaçaqmalçılığa , qeyri leqal miqrasiyaya, narkotik vasitelerin qeyri-qanuni dövriyyesine qarşı mübarize davam etdirilib. ANS PRESS-in APA-ya istinaden verdiyi melumata göre, öten ay erzinde dövlet serhedini pozduqları üçün 31 halda 53 nefer saxlanılıb, onların 14 neferi Azerbaycan, 13 neferi Özbekistan, 12 neferi Nigeriya, 5 neferi Türkiye, 3 neferi Moldova, 2 neferi İran, 2 neferi efqanıstan, 1 neferi Gürcüstan vetendaşı olub. Serhed rejim qaydalarını pozarken yaşıl serhedde 5 halda 10 nefer, Xezer denizinde 29 halda 41 nefer saxlanılaraq barelerinde müvafiq tedbirler görülüb.
Cinayetkarlığa qarşı mübarize tedbirleri neticesinde Azerbaycan hüquq-mühafize orqanları terefinden axtarışda olan 200 nefer aşkarlanaraq aidiyyeti orqanlara tehvil verilib.
Narkotik vasitelerin qeyri-qanuni dövriyyesine qarşı mübarize tedbirleri neticesinde 12 halda 28 kiloqram 393.6 qram narkotik maddenin dövlet serhedinden keçirilmesinin qarşısı alınıb.
Qaçaqmalçılığa qarşı mübarize çerçivesinde heyata keçirilmiş tedbirler neticesinde 48 halda ümumi deyeri teqriben 339 min manat olan qaçaqmal, o cümleden 1 eded tapança, 1 eded tüfeng, 2 eded pnevmatik tapança, 2 eded 3 mm-lik patron, 3059 eded piston, 44 eded giliz, 140 kiloqram barıt, 1 eded durbin, 698 eded pirotexniki vasite, 159 eded mobil telefon, 400 qram qızı zinet eşyaları, 171400 Avropa valyutası, 26 baş iribuynuzlu heyvan, müxtelif derman preparatları, spirtli içki ve diger istehlak malları saxlanılıb.
DOSTLARINLA PAYLAŞ: