Deputatın pulu oğurlandı
30 Aprel 2013 Çərşənbə Axşamı 14:40
O, oğurluq faktını parlamentin iclasında açıqlayıb.
Milli Məclisin (MM) deputatı Çingiz Qənizadə bank hesabından 250 manat pul oğurlanıb. Bu barədə deputat Milli Məclisin Cinayət Məcəlləsinin müvafiq maddəsinə təklif olunan dəyişikliklərlə bağlı çıxışı zamanı deyib. Ç,Qənizadə xaricdə olarkən hesabından 100 və 150 manat (ümumilikdə 250 manat) pul çıxarıldığı barədə bankdan xəbərdarlıq mesajı alıb: “Mənə bu barədə SMS gələndə xəbər tutdum. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin adamı tapdılar. O adam evində oturub internet vasitəsi ilə hesabıma girib pul çıxarıb. Bu barədə qanunvericilikdə boşluq olduğundan, bu məsələni araşdırmaq, həmin şəxsi məsuliyyətə cəlb etmək prokurorluq orqanları üçün xeyli çətin oldu. Bu dəyişikliklə həmin boşluq aradan qaldırılır”, - deyə Ç.Qənizadə vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar