Dələduzluq etmiş şəxslər araşdırılır
11 Aprel 2009 Şənbə 20:05
Tuncay Yolçuyev və Azər Babayev vətəndaşların etimadlarını qazanaraq onların pulunu mənimsəməkdə şübhəli bilinirlər

Dələduzluq etmiş Sabunçu və Masallı sakinləri barəsində araşdırmalar başlanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2008-ci ilin aprel-oktyabr ayları ərzində, Balaxanı qəsəbə sakini Tuncay Yolçuyev, Qazax rayon sakini Samir Cəfərov və Salyan rayon sakini Mübariz Mövsümovun etimadlarını qazanaraq onlardan 40 min 200 dollar və 1400 manat pul alıb.
Masallı şəhər sakini Azər Babayev isə 2007-ci ilin noyabr ayında həmyerliləri Südeyf Basıyevin, Murad Həsənovun, Yaşar Mahmudovun, İlqar Tağıyevin və Hüseyn Məmmədovun etimadlarını qazanaraq müvafiq olaraq onlardan 2500,1500, 19 min 700, 2500, 2500 və 2500 dollar pul alıb. Faktla əlaqədar aidiyyəti rayon polis şöbələrində araşdırmalar aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar