Daşkəsən rayon İcra Hakimiyyətində fəaliyyət göstərən fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayevin APA- nın qərb bürosuna verdiyi məlumata görə, güclü külək yarım saatdan artıq davam edib. Ümumilikdə 100-ə yaxın tikilinin dam örtüyü sıradan çıxıb. Onlarla elektrik və rabitə dirəyi aşıb, naqillər qırılıb.
Məktəb, xəstəxana və digər sosial binaların dam örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Kəndlərə dəymiş ziyanı isə sabah müəyyənləşdirmək mümkün olacaq. Təbii fəlakətin vurduğu ziyanın hesablanması və aradan qaldırılması üçün xüsusi komissiya yaradılıb. Artıq bu istiqamətdə işlərə başlanılıb.
Daşkəsəndə güclü külək əsib, dağıntı var
Bu gün Daşkəsən rayonunda saat 18.30 radələrində başlayan güclü külək yaşayış evlərinə, elektrik xətlərinə ciddi ziyan vurub. Şəhərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.




Şərhlər