Hadisə

Daha bir uşaq küçəyə atıldı

Paytaxtda xəstəxananın həyətində 2 yaşlı oğlan uşaq tapılıb

· Xəbərçi
Daha bir uşaq küçəyə atıldı
Dəmir Yol Xəstəxanasının həyətində 2 yaşlı oğlan uşağı tapılıb. Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nəsimi rayon Polis İdarəsi əməkdaşları tərəfindən tapılan uşaq 2 saylı uşaq xəstəxanasına təhvil verilib.
Hazırda uşağın kim tərəfindən atılması və valideynlərinin olub-olmadığı araşdırılır.
 
ANSPRESS

Şərhlər