Çoban dağdan yıxılıb öldü
Hadisə Şəkidə baş verib.
Şəkidə bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Şəki rayonunun Sarıca kənd sakini Əlisgəndər Məsimov kəndin ərazisindəki dağlıq sahədə qoyun otararkən dağdan yıxılıb. Ə.Məsimov dünyasını dəyişib.




Şərhlər