Cəlilabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan lent.az-a verilən məlumata görə, Uzuntəpə kəndində kənd sakini Rəna Qurbanova kiçik tutumlu qaz balonu ilə ehtiyatsız davranması səbəbindən ağır yanıq xəsarətləri alıb. Qadın ağır vəziyyətdə Bakıdakı 5 saylı şəhər xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq R.Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Cəlilabadda qadın faciəvi şəkildə öldü
Qaz balonunun partlaması nəticəsində qadın ölüb.




Şərhlər