Hadisə

Cəlilabadda mağaza uçdu, ölən var

Tavandakı beton kanstruksiyaların uçması nəticəsində mağaza sahibi qadın və usta dağıntılar altında qalıb.

· Xəbərçi
Cəlilabadda mağaza uçdu, ölən var
Cəlilabadda bədbəxt hadisə baş verib. Rayonun Cavad Xan küçəsində yerləşən “İran bazarı” adlanan ticarət mərkəzindəki ərzaq dükanlarından birində aparılan təmir işləri zamanı tavandakı beton kanstruksiyalar qəfildən uçub. Nəticədə dükanın sahibi 52 yaşlı Gülüsüm Zeynalova və usta 42 yaşlı Əliyev İbrahim Qədir oğlu dağıntılar altında qalıb. Hər iki şəxs ətrafdakılarının köməyi ilə uçqunun altından çıxarılsa da Gülüsüm Zeynalova aldığı xəsarətlərdən hadisə yerində keçinib. Usta İlham Əliyev isə yaralı vəziyyətdə Cəlilabad rayon müalicə və diaqnostika mərkəzinə çatdırılıb. İlkin tibbi yardımdan sonra o, ambulator müalicəyə buraxılıb.

Hadisənin qaynaq işlərinin düzgün aparılmaması səbəbindən baş verməsi ehtimal olunur. Faktla bağlı Cəlilabad rayon prakurorluğunda araşdırmalar aparılır.

Şərhlər