Evdə olan məişət əşyaları qonşular tərəfindən vaxtında bayıra çıxarılıb.
Cəlilabad rayonunun Mehdi Hüseyin küçəsində yanğın baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Nicat Mirşükür oğlu Əliyevə məxsusu ikimərtəbəli fərdi yaşayış evinin tavan örtüyündə başlanmış yanğın tez bir zamanda genişlənməyə başlayıb. Dərhal Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası cəlb olunub. Alovun ətraf ərazilərə genişlənməsinin qarşısını alıblar.
Ümumilikdə 110 kavadrat m-dən ibarət olan evin tavanı tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Evdə olan məişət əşyalarının qonşular tərəfindən vaxtında bayıra çıxarılması ev sahibinə dəyəcək maddi ziyanın miqdarını azaldıb. Yanğının evin tavanındakı elektrik xətlərində baş vermiş qısaqapanmadan qaynaqlandığı ehtimal olunur.
Faktla bağlı atraşdırma aparılır.