Cəlilabadda ağır qəza baş verib
09 Sentyabr 2013 Bazar Ertəsi 11:37
Yoldan çıxaraq aşam maşının sürücüsü aldığı xəsartlərdən hadisə yerində dünyasını dəyişib.
Cəlilabad rayonunda 1 nəfəri ölümü ilə nəticələnmiş yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun 130 km–də, Cəlilabad rayon Alar kəndindən keçən hissəsində olub.
Belə ki, 51 yaşlı Əlibaxış Xudabaxış oğlu Şükürovun idarə etdiyi “VAZ-21099” markalı minik maşını Astara istiqamətində hərəkətdə olarkən yoldan çıxıb və avtomobil bir neçə dəfə çevrilib. Qəza zamanı sürücü Əlibaxış Şükürov aldığı xəsartlərdən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər iki sərnişin isə yaralı vəziyyətdə Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, xəstələrin vəziyyəti normaldır. Qəzanın avtomobil hərəkət edərkən qarşı tərəfdən gələn digər avtomobilin onun qarşısına çıxması səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar