Hadisə

Cəlilabad rayonunda faciə baş verib

Cəlilabad rayonunda faciə baş verib-2 ölü, 12 yaralı var, Telefon zənginə cavab verənləri tok vurdu

· Xəbərçi
Cəlilabad rayonunda faciə baş verib
Cəlilabad rayonunun Badamağacı kəndində faciə baş verib. ANS-in bölgə müxbirnin verdiyi məlumata görə, sentyabrın 28-i axşam saatlarında rayon ərazisindən keçən 10 min kilovoltluq elektrik xətti qırılaraq telefon xəttinin üstünə düşüb və ərazidə yerləşən təxminən 30 evdə bütün telefonlar eyni vaxtda zəng çalmağa başlayıb. Telefona cavab verənləri hamısını elektrik cərəyanı vurub. Nəticədə 2 nəfər yerindəcə ölüb. Bunlar 18 yaşlı Orxan Bəbirov və 72 yaşlı Dilşad Teymurovadır. 12 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları barədə məlumat az sonra veriləcək.



Şərhlər