Hadisə

Cebhe xettinde atışma baş verib

Cebhe xettinde atışma baş verib. Bu barede Ermenistan metbuatı melumat yayıb.

· Xəbərçi
Cebhe xettinde atışma baş verib
Cəbhə xəttində növbəti dəfə atışma olub. ANS PRESS-in Ermənistanın “news.am” saytına istinadən verdiyi xəbərə görə, atışma zamanı erməni hərbçisi yaralanıb.

Separatçı rejim rəsminlərinin verdiyi məlumata görə, hadisə avqustun 28-də hərbi hissəsinin şimal istiqamətində yerləşən mübahisəli məntəqələrin birində baş verib. Hərbi məntəqənin qulluqçusu, 1994-cü il təvəllüdlü Arşak Mkrtçyan Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Hazırda hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün təhqiqat aparılır.

Şərhlər