Hadisə

Bir ayda 14 nefer suda boğulub

Ümumilikde yay mövsümü başlayandan bu güne kimi Bakıda 27 suda boğulma faktı qeyde alınıb.

· Xəbərçi
Bir ayda 14 nefer suda boğulub
Bu ilin iyul ayında Azərbaycan paytaxtında 14 suda boğulma hadisəsi qeydə alınıb. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib. O bildirib ki, suda boğulma hadisəsindən 10-u ölümlə nəticələnib. Onun sözlərinə görə suda boğulanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib, 1 nəfərə ilkin-tibbi yardım göstərilib: “Suda boğulma hadisələri çimərliklərlə yanaşı, həyətyanı hovuzlarda, kanallarda qeydə alınıb. Ümumilikdə yay mövsümü başlayandan bu günə ki Bakıda 27 suda boğulma faktı qeydə alınıb”.

Şərhlər