“Binə”də bədbəxt hadisə
Hadisə zamanı bir qadın ölüb
Bakının Qaradağ rayonu ərazisində, “Binə” ticarət mərkəzində qadın ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Vəsilə Səttarova bədbəxt hadisə nəticəsində yıxılaraq kəllə beyin xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən V.Səttarova xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.




Şərhlər