Hadisə

Beyləqanda yarımstansiya yanıb

Hadisə Dünyamalılar kəndində baş verib.

· Xəbərçi
Beyləqanda yarımstansiya yanıb
Beyləqan rayonunda yarımstansiyada yanğın baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, yanğın Dünyamalılar kəndində (rayon mərkəzindən 21 km aralı) gücü 35/10 kVt olan yarımstansiyada qeydə alınıb. Gücü 4 mVt olan trannsformatorun yanar hissələri və yağ açarı yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub.

Şərhlər