Bərdədə qadın özünü tut ağacından asıb
25 İyul 2009 Şənbə 15:30
50 yaşlı Zərnişan Məmmədova intihar edəcəyi barədə qohumlarına xəbərdarlıq edib

Bu gün Bərdə rayonunda intihar hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, 50 yaşlı rayon sakini Zərnişan Məmmədova özünü adı çəkilən ünvanda yerləşən bacısının evinin qarşısındakı tut ağacından asıb.

Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, hazırda hadisənin səbəbləri araşdırılır. Prokurorluqdan bildirilib ki, Z.Məmmədova bir necə gün gün öncə digər rayon sakini Natiq Hacıyevin evində baş vermiş oğurluq hadisəsi ilə bağlı polis şöbəsinə çağırılıb. Burada qadın hadisəni törətdiyini etiraf edib.

Qeyd edək ki, Bərdə sakini intihar etməmişdən əvvəll qohumlarına özünü öldürəcəyi barədə xəbərdarlıq edib.
Faktla bağlı araşdırma aparılır.

Şahin Rzayev/ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar