Hadisə

Bərdədə maşın iki qadını vurub

Zülfiyyə Alıyeva və Yusifə Həsənova xəstəxanaya yerləşdiriliblər

· Xəbərçi
Bərdədə maşın iki qadını vurub
Bərdədə yol qəzası 2 nəfərin xəsarət alması ilə nəticələnib. Hadisə rayonun Nizami küçəsində meydana gəlib. Qalib Həsənov idarə etdiyi “VAZ-2106” markalı 02 BE 781 nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 2 piyadanı vurub.

Nəticədə Bərdə rayon sakinləri 43 yaşlı Zülfiyyə Alıyeva və Yusifə Həsənova müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini ağır olaraq qiymətləndirib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır. Hadisənin əsl səbəbi təyin olunan tibbi və avtotexniki ekspertizanın nəticəsindən sonra məlum olacaq. ANSPRESS

Şərhlər