Bayram günü iki ailə evsiz qaldı
23 Mart 2013 Şənbə 12:03
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Qusar və Ağdaş rayonların ev yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qusar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın və aynabəndin yanar konstruksiyaları 64 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağdaş rayonu, Aşağı Ləki kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 276 kv.m olan birmərtəbəli, 6 otaqdan ibarət evin 1 otağının tavanı 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar