Türkiyədə balqabağın içindən narkotik maddə tapılıb. Yerli mətbuatın xəbərinə görə, hadisə Adana şəhərində baş verib. Narkotiklərlə mübarizə idarəsinin əməkdaşları keçirdikləri əməliyyat zamanı şübhələndikləri avtomobili saxlayıblar. Avtomobildə axtarış aparan polis əməkdaşları 4 ədəd balqabağın içinə gizlədilmiş 20 kq narkotik aşkarlayıb. Polis avtomobildə olan 4 nəfəri həbs edib.
Qeyd edək ki, şübhəlilər neylona bükdükləri narkotik maddəni balqabağın altını kəsərək onun içərisinə yerləşdiriblər.

Şərhlər