Bakının merkezinde bina yanıb
09 Sentyabr 2013 Bazar Ertəsi 11:49
Yanğın üç mertebeli binanın iki mertebesini ehate edib.
Bu gün saat 11:00 radələrində Bakının mərkəzində yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın Süleyman Rəhimov küçəsilə Şamil Əzizbəyli küçəsinin kəsişməsində, 3 mərtəbəli binada qeydə alınıb. Yanğın binanın II və III mərtəbəsində baş verib. Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. Alovuş qarşısı alınıb və yanğın söndürülüb.
Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar