Hadisə

Bakıda zəncirvari qəza: yaralananlar var

Sərnişin avtobusu, yük avtomobili və təcili tibbi yardım maşını toqquşub.

· Xəbərçi
Bakıda zəncirvari qəza: yaralananlar var
Bir qədər əvvəl Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. ANS-in hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, Şamaxı-Bakı magistralının 119-cu kilometrliyində, Bakının Sulutəpə qəsəbəsi ərazisində sərnişin avtobusu, “Shacman” markalı yük avtomobili və təcili tibbi yardım maşını toqquşub. Sərnişin avtobusunun boş olduğu və qaraja getdiyi bildirilir. Qəza nəticəsində təcili tibbi yardım maşınında iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar və şəxsiyyətləri dəqiqləşdirilir.

Şərhlər