Bakıda yeni tikilən avtodayanacaq çökdü
    24 Aprel 2013 Çərşənbə 10:50
    Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
    
                	 
    
         Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "Azadlıq” meydanında tikilən avtodayanacaq çöküb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, çöküntü bu gün səhər saatlarında baş verib. 
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması bəlli deyil. 
Bakı şəhər İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerində qurumun işçiləri vəziyyəti qiymətləndirirlər.
DOSTLARINLA PAYLAŞ: