Bakıda yaşayış mənzili yandı
Həmin evə bitişik evlər yanğından mühafizə olunub.
Bu gün səhər saatlarında Bakı şəhəri Xətai rayonunda yaşayış mənzili yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus 2 otaqlı ev yanıb. Həmin evə bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 06.20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.




Şərhlər