Bakının Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 46 kv.m olan üçotaqlı mənzilin 1 otağında yataq dəsti yanıb. ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1928-ci il təvəllüdlü Bayramova Ruqiyyə Cəlal qızının meyiti aşkar olunub. Yanğın, yanğınsöndürənlər çatana kimi vətəndaşlar tərəfindən söndürülüb.
Bakıda yanan evdən meyit tapıldı
84 yaşlı qadının hansı şəraitdə öldüyü açıqlanmayıb




Şərhlər