Bakıda Xəzər rayonunda dəhşətli yanğın olub
Bakı şəhərinin Xəzər rayonu ərazisində dəhşətli yanğın hadisəsi baş verib.
Bakı şəhərinin Xəzər rayonu ərazisində dəhşətli yanğın hadisəsi baş verib. Xəzər rayon Yanğından Mühafizə bölməsindən lent.az-a verilən məlumata görə, Əncirlik qəsəbəsində yeni tikilmiş evlərdən biri tamamilə yanıb. Yanğın söndürüldükdən sonra evdən 50-55 yaşlı kişiyə məxsus meyit tapılıb. Meyit ekspertizaya göndərilib. Faktla əlaqədar müvafiq orqanlarda araşdırmalar aparılır. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.




Şərhlər