Bakıda üzük emeliyyatı
01 May 2013 Çərşənbə 08:53
FHN və təcili yardım həkimləri səfərbər edilib.
Bu gecə Bakının Binəqədi rayonunda üzük əməliyyatı keçirilib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bir nəfər barmağındakı üzüyü çıxara bilmədiyi üçün FHN-nin “112” qaynar telefon xəttinə zəng edərək kömək istəyib. Dərhal FHN-nin xilasediciləri və Təcili Tibbi Yardım Stansiyasının həkimləri göstərilən ünvana gediblər. Xilasedicilər Təcili Tibbi Yardım Stansiyasının həkimlərının nəzarəti altında təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üzüyü kəsərək barmaqdan çıxarıblar. Əməliyyat saat 02:30 radələrində başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar