Hadisə

Bakıda tələbə bıçaqlandı

Onu bıçaqlayan şəxsin tapılıb istintaqa təhvil verilməsi istiqamətində əməliyyat aparılır.

· Xəbərçi
Bakıda tələbə bıçaqlandı
Bu gecə Bakının Nizami rayonunda 22 yaşlı gənc bıçaqlanıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1991-ci il təvəllüdlü Elşən Şəkir oğlu Seyfiyev Nəsimi küçəsi 30 saylı binanın həyətində bıçaqlanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

İlkin araşdırmalar zamanı onun tələbə olduğu və tanışı tərəfindən bıçaqlandığı məlum olub. Faktla bağlı cinayət işi başlanıb. Hazırda onu bıçaqlayan şəxsin tapılıb istintaqa təhvil verilməsi istiqamətində əməliyyat aparılır.

Şərhlər