Bakıda təbii fəlakət
24 Aprel 2013 Çərşənbə 12:31
Ötən gün 50-yə qədər evi su basıb, 70-ə yaxın insan xilas olunub.
Aprelin 23-24-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Sabunçu rayonunda bəzi ərazilərin yağış və qrunt suları ilə dolması barədə məlumat daxil olub.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunub. Hazırda Mülki müdafiə qoşunlarının və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası ərazidədir.

İlkin məlumata görə, təxminən, 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın insan xilas olunub. Ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar