Bakıda taxta sexi yanır
    23 İyun 2013 Bazar 11:48
    Hazırda yanğının söndürülməsi işləri davam etdirilir
    
                	 
    
         Bu gün səhər saatlarında Bakıda taxta sexində yanğın olub. 
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda taxta sexində yanğın hadisəsi baş verib. 
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. 
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
DOSTLARINLA PAYLAŞ: